Bakı. 9 İyul. REPORT.AZ/ Ötən gün axşam saatlarında Bakının Nizami rayonunda Mədəniyyət və Turizm Nazirliyinin hal-hazırda fəaliyyət göstərməyən mədəniyyət evində yanğın baş verib.
"Report" xəbər verir ki, nəticədə binanın 2-ci mərtəbəsində bir otağın döşəməsi 10 kv.m sahədə yanıb.
Mədəniyyət evinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 20:39-da yanğınsöndürənlər tərəfindən söndürülüb.