Masazırda iki avtomobil toqquşub, xəsarət alanlar var

Abşeron rayonunun Masazır-Novxanı yolunda, Duz gölü yaxınlığında iki avtomobil toqquşub, xəsarət alanlar var.

"Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, "KİA Cerato" və "VAZ-21099" minik avtomobillərinin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb.

Onlardan ikisinin vəziyyəti ağırdır.

Hadisə yerinə təcili tibbi yardım avtomobilləri və polis əməkdaşları cəlb olunub.

Xəbər lenti