Masallıda qatar motosikleti vurub, sürücü ölüb

Bakı. 8 avqust. REPORT.AZ/ Masallı rayonunda qatar motosikleti vurub. “Report”un xəbərinə görə, bu barədəDaxili İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, avqustun 7-də saat 06 radələrində Masallı rayonunun Astanlı kəndində, qorunmayan keçiddə Bak-Astara sərnişin qatarı rayon sakini Səttar Nəhmətovun idarə etdiyi motosikleti vurub.

Nəticədə S.Nəhmətov hadisə yerində ölüb, bir sərnişini xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalar aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47