Masallıda avtomobil hasara çırpılıb, ölən var

Masallıda avtomobil hasara çırpılıb.

"Report"un xəbərinə görə, 1989-cu il təvəllüdlü Rəşid Məmmədov "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək hasara çırpılıb.

Nəticədə sürücü aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Digər xəbərlər

Astarada avtomobil aşıb, ölən var 06 oktyabr, 2026 / 00:33
Bakıda məktəbli bıçaqlanıb 05 oktyabr, 2026 / 17:29