Masallıda qadın sürücü avtomobili aşırıb, ölən və yaralananlar var

Masallı rayonunda avtomobil aşıb.

"Report" xəbər verir ki, 1990-cı il təvəllüdlü Hüseynova Fərmudə Əlipənah qızı idarə etdiyi "Nissan Sunny" markalı minik avtomobillini aşırıb.

Nəticədə sürücü F.Hüseynova, avtomobildə olan sərnişinlər 1975-ci il təvəllüdlü İsmayılova Gülşən İsa qızı, 1985-ci il təvəllüdlü Nuriyeva Nuriyə Rasim qızı və 1961-ci il təvəllüdlü Vəlişova Sevda İsa qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Masallı rayon Mərkəzi xəstəxanasına daxil olub. S.Vəlişova aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi başlanıb.

Digər xəbərlər