Bakıda marketin gözətçisinə qarşı quldurluqda təqsirləndirilən Cavanşir Qulamovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
“Report” xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Əlovsət Abbasovun icraatında olan iş üzrə hazırlıq iclasının vaxtı açıqlanmayıb.
Qeyd edək ki, hadisə bu ilin yanvar ayında Hövsan qəsəbəsi ərazisindəki marketlərin birində baş verib.
C.Qulamov orada gözətçi işləyən paytaxt sakini R.Ağalarovu bıçaqla qorxudaraq döyüb.
Sonra isə oradan 7 500 manat pul götürərək hadisə yerini tərk edib.
Ona Cinayət Məcəlləsinin 181.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə quldurluq) maddəsi ilə ittiham verilib.