Lökbatanda zəncirvari avtoqəza olub, xəsarət alanlar var

Lökbatan qəsəbəsində zəncirvari yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Report"un yerli bürosu xəbər verir ki, qəza zamanı "Jeep" markalı minik avtomobili ilə "Toyota Prius" markalı iki nəqliyyat vasitəsi toqquşub.

Qəza nəticəsində xəsarət alanların sayı dəqiqləşdirilir.

Hadisə yerinə müvafiq xidmət orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Lerik rayonunda zəlzələ olub 27 sentyabr, 2026 / 11:31
Laçında traktor minaya düşüb 26 sentyabr, 2026 / 11:51
Axtarışda olan 198 nəfər tutulub 26 sentyabr, 2026 / 10:36