Lənkəranda yeniyetməni avtomobil vurub

Lənkəran. 9 aprel. REPORT.AZ/ Lənkəran rayonunda 12 yaşlı yeniyetməni avtomobil vurub.

"Report"un Cənub bürosunun məlumatına görə, hadisə Şıxəkəran kəndində qeydə alınıb.

Belə ki, 2006-cı il təvəllüdlü Əziz Vüqar oğlu Ramazanovu naməlum avtomobil vuraraq hadisə yerindən uzaqlaşıb. Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti ağır olaraq qiymətləndirilir. 

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Lerikdə zəlzələ olub 17 sentyabr, 2026 / 16:14
İmişlidə zəlzələ olub 16 sentyabr, 2026 / 22:50