Lənkəranda yeniyetmə dənizdə boğulub

Lənkəranda 2011-ci il təvəllüdlü Yusif Elməddin oğlu Kazımzadə dənizdə boğulub.

"Report"un Cənub bürosunun məlumatına görə, hadisə şəhərin "Kiçik Bazar" adlanan ərazisində baş verib.

Hadisə yerinə dalğıc-axtarış qrupu cəlb olunub. Yeniyetmənin meyiti sudan çıxarılaraq Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xaçmaz rayonunda zəlzələ olub 05 iyul, 2026 / 09:05
Masazırda maşın yanıb 04 iyul, 2026 / 14:30
İmişlidə zəlzələ olub 04 iyul, 2026 / 13:48