Lənkəranda velosipedçini maşın vuraraq öldürüb - FOTO - YENİLƏNİB

***18:53

Lənkəran. 28 may. REPORT.AZ/ Ələt-Astara magistralının 204-cü kilometrliyində velosipedçinin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Lənkəran bürosu xəbər verir ki, hadisə Lənkəran rayonunun Velədi kəndi ərazisində qeydə alınıb.

Belə ki, 1976-cı il təvəllüdlü Lənkəran rayon Mamusta kənd sakini Həsənov Vasif Baxşəli oğlu idarə etdiyi "VAZ-21015" markalı avtomobil ilə velosipeddə hərəkətdə olan 1965-ci il təvəllüdlü Velədi kənd sakini Ələsgərov Tərlan Ələsgər oğlunu vurub. O, hadisə yerində keçinib. Sürücü izahatı alınması üçün Lənkəran rayon Polis şöbəsinə aparılıb.

Ölən şəxsin tikintidə fəhlə işlədiyi bildirilir. 

Digər xəbərlər