Lənkəran sakini avtobusdan yıxılaraq ağır xəsarət alıb

Lənkəran. 20 sentyabr. REPORT.AZ/ Lənkəran rayonunda yerli sakin avtobusdan yıxılaraq ağır xəsarət alıb.

"Report"un Cənub bürosunun məlumatına görə, rayonun Ləj kəndindən şəhər istiqamətində hərəkətdə olan sərnişin avtobusu Aeroport yaxınlığında saxlayıb və sərnişin düşürüb. Sərnişinlərdən biri - Bağdagül Qasımova avtobusdan düşərkən yıxılıb, nəticədə ağır xəsarət alıb.

Yaralı dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Xəstəxanadan "Report"un  yerli bürosuna bildirilib ki, yaralı kəllə-beyin travması alıb, vəziyyəti ağırdır.

Digər xəbərlər