Lənkəranda qəza nəticəsində iki nəfər ağır xəsarət alıb

Lənkəran. 25 mart. REPORT.AZ/ Lənkəranda iki nəfərin ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Cənub bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistralının Girdəni kəndindən keçən hissəsində baş verib.

"90-GX-902" dövlət qeydiyyat nişanlı "Toyota" markalı avtomaşınla "QAZ-3110" markalı "10-UE-210" dövlət qeydiyyat nişanlı maşının toqquşması nəticəsində, ilkin məlumata görə, ikinci avtomobilin sürücüsü və qadın sərnişin xəsarət alıb. 

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39