​Lənkəranda qadın dəm qazından zəhərlənərək ölüb

Bakı. 22 mart. REPORT.AZ/ Lənkəran rayonunun Xarxatan kəndində dəm qazından ölüm hadisəsi baş verib.

"Report" xəbər verir ki, 1961-ci il təvəllüdlü kənd sakini Hüseynova Vüsalə Xudaqulu qızı vanna otağında huşsuz vəziyyətdə aşkar olunub.

O, təcili olaraq Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, həkimlər qadının həyatını xilas edə bilməyiblər.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39