Lənkəranda "KamAZ" minik avtomobili ilə toqquşub, yaralılar var

Lənkəranın rayonun Təngivan kəndində yük və minik avtomobilləri toqquşub, yaralılar var.

"Report"un Cənub bürosunun məlumatına görə, Lənkəranın Şovu kənd sakini, 1975-ci il təvəllüdlü Cəfərov Ədalət Baba oğlu idarə etdiyi "KamAZ" markalı yük avtomobili, Lerik rayonunun Ambu kənd sakini, 1984-cü il təvəllüdlü Əliyev Vaqif Mirzahid oğlunun idarə etdiyi "VAZ-2106" markalı minik avtomobili ilə toqquşub.

Hadisə nəticəsində minik avtomobilinin sürücüsü və sərnişin - Əlixan Məmiş oğlu Əhmədov müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı Lənkəran rayon Polis Şöbəsində araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47