Lənkəranda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib

Lənkəran. 7 iyun. REPORT.AZ/ Lənkəranda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Cənub bürosunun məlumatına görə, hadisə Liman şəhəri ərazisində baş verib.

Belə ki, 10-OR-044 dövlət qeydiyyat nömrə nişanlı, "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb.

Hadisə nəticəsində iki nəfər - Kənan Adil oğlu Səfərov və Xalid Xaliq oğlu Səfərov ölüb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47