Lənkəran. 23 mart. REPORT.AZ/ Lənkəran rayonunda çörək bişirən zaman təndirə düşən 50 yaşlı qadın yanaraq ölüb.
"Report"un Cənub bürosunun xəbərinə görə, hadisə rayonun Aşağı Təngivan kəndində baş verib.
Belə ki, çörək bişirmək üçün təndir qalayan kənd sakini, 1968-ci il təvəllüdlü Böyükxanım Talıb qızı Əliyevanın yanmış meyiti təndirdə aşkarlanıb.
Hazırda polis və prokurorluğun nümayəndələri hadisə yerindədir. Faktla bağlı araşdırma aparılır.
***16:58
Lənkəran. 23 mart. REPORT.AZ/ Lənkəran rayonunda təndirdə çörəkbişirən qadının yanmış meyiti aşkarlanıb.
"Report"un Cənub bürosu xəbər verir ki, rayonun Aşağı Təngivan kəndində baş verib.
Belə ki, həmin kəndin ərazisində təndirdə çörək bişirən qadının meyiti təndirdin içində aşkarlanıb.
Hadisə yerinə hüquq-mühafizə xidmətinin əməkdaşları cəlb edilib.