Lənkəranda avtomobillər toqquşub, 3 nəfər xəsarət alıb

Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Cənub bürosu xəbər verir ki, hadisə Lənkəran - Boradigah yolunun Lənkəran rayonu Vilvan kəndi ərazisində qeydə alınıb.

Belə ki, "VAZ - 21015" markalı avtomobillə "Mercedes" markalı avtomobilin toqquşub.

Nəticədə 1987 - ci il təvəllüdlü Masallı rayonunun Ərkivan qəsəbə sakini Elçin Əlihüseyn oğlu Rəhimov, 1982 - ci il təvəllüdlü Lənkəran rayonunun Mollakənd kənd sakini Nazim Tehran oğlu Əliyev və 1979 - cu il təvəllüdlü Lənkəran şəhər sakini Ülviyyə Malik qızı Məmmədova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Onlar Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Şamaxıda zəlzələ olub 22 fevral, 2026 / 07:12
Xəzər dənizində zəlzələ olub 19 fevral, 2026 / 17:41