Lənkəranda avtomobil velosipedçini vurub

Lənkəranda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, hadisə Tükəkəran kəndində baş verib.

Belə ki, yolda velosipedlə hərəkətdə olan kənd sakini, 1979-cu il təvəllüdlü Seymur Yədulla oğlu Tahirovu avtomobil vurub. Yaralı hadisəni törədən sürücü tərəfindən Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və tibbi yardım göstərilərək Travmatologiya şöbəsinə yerləşdirilib.

Qəzanın “VAZ-2107” markalı avtomobilin sürücüsü tərəfindən törədildiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Cəlilabadda ev təmamilə yanıb 27 iyun, 2026 / 12:04
Kadir İnanır vəfat edib 26 iyun, 2026 / 19:30