Bakı. 14 dekabr. REPORT.AZ/ Lənkəran rayonunda dələduzluq yolu ilə külli miqdarda pulu mənimsəyən şəxs tutulub.
"Report"un məlumatına görə, rayon sakini Vüqar Baxşıyev 2012-2015-ci illər ərzində 44 nəfər rayon sakinini aldadaraq onlardan ümumilikdə 90 656 manat pul alıb.
Lənkəran Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində V.Baxşiyev tutulub.
Faktla bağlı araşdırmalar davam etdirilir.