Lənkəranda 29 yaşlı piyadanı avtomobil vurub

Lənkəran. 14 dekabr. REPORT.AZ/ Lənkəran rayonunda 29 yaşlı piyadanı avtomobil vurub. 

"Report"un Cənub bürosunun məlumatına görə, 1988-ci il təvəllüdlü Lənkəran şəhər sakini Fərid Fərrux oğlu Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. 

Faktla bağlı araşdırmalara başlanılıb.

Digər xəbərlər