Lənkəranda 15 yaşlı yeniyetmə göldə boğularaq ölüb - YENİLƏNİB

Bakı. 6 avqust. REPORT.AZ/ Lənkəran rayonunun Qurumba kəndində süni göldə batmış şəxsin axtarışları başa çatıb. 

FHN-dən "Report"a verilən məlumata görə, 2003-cü il təvəllüdlü Əlizadə Şaiq Eldəniz oğlunun meyiti Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. 


*** 18:20

Lənkəran rayonunda bir nəfər göldə boğulub.

Fövqəladə Hallar Nazirliyindən (FHN) "Report"a verilən məlumata görə, hadisə rayonun Qurumba kəndində süni göldə baş verib. 

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47