Lənkəran və Yevlax sakinlərindən külli miqdarda narkotik götürülüb

Bakı. 6 noyabr. REPORT.AZ/ Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

DİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, İmişli Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran şəhər sakini Ramin Məmmədovdan çəkisi 3 kiloqram 15 qram marixuana aşkar edilərək götürülüb.

Yevlax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə şəhər sakini, əvvəllər məhkum olunmuş Azər Hüseynovdan 470 qram marixuana götürülüb.

Digər xəbərlər