Lənkəran şəhərində mağaza yanıb - FOTO - VİDEO

Bakı. 12 mart. REPORT.AZ/ Lənkəran şəhərində mağazalardan birində yanğın baş verib. "Report"un məlumatına görə, hadisə rayonun Ləvəngi dairəsi adlanan yerdə avtomobil ehtiyat hissələri satılan mağazada qeydə alınıb.

Yanğın hazırda davam edir. Hadisə yerinə Lənkəran Şəhər Dövlət Yanğından Mühafizə Xidmətinin üç avtomaşını cəlb edilib.

Mağaza Cabbarlı Hamlet Hacıbala oğluna məxsusdur.

Digər xəbərlər

İmişlidə zəlzələ olub 16 sentyabr, 2026 / 22:50
Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45