Lənkəran sakini paytaxtda kirayə qaldığı mənzildə intihar edib

Bakı. 25 avqust. REPORT.AZ/ Bakıda intihar hadisəsi baş verib. 

"Report"un Aran bürosunun məlumatına görə, Lənkəran rayon sakini Pərviz Səfərov paytaxtda kirayə qaldığı mənzildə özünü asıb.

Mənzildə tapılan məktubunda mərhum intihar etməsində heç kimin günahkar olmadığını yazıb. 

P.Səfərovun Bakıda gəmilərin birində kapitan köməkçisi işlədiyi və subay olduğu deyilir.

Faktla bağlı araşdırma aparılır. 

Digər xəbərlər

Cəlilabadda avtomobil yanıb 07 sentyabr, 2026 / 11:33
Şərurda minik avtomobili yanıb 07 sentyabr, 2026 / 10:34