Lənkəran sakini həmkəndlisini bıçaqlayıb

Lənkəran. 10 yanvar. REPORT.AZ/ Lənkəran rayon sakini həmkəndlisini bıçaqlayıb.

"Report"un Cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Osakücə kəndi ərazisində baş verib. 

Belə ki, həmin kəndin sakini, 34 yaşlı Elsevər Paşa oğlu İsmayılov həmkəndlisi tərəfindən bıçaqlanıb. 

Hadisənin qısqanclıq zəminində baş verdiyi bildirilir. Hadisəni törədən şəxsin kimliyi açıqlanmasa da polis əməkdaşları tərəfindən saxlanıldığı bildirilir. 

Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq əməliyyat olunub. 

Faktla bağlı araşdırma aparılır. 

Digər xəbərlər

Şamaxıda zəlzələ olub 22 fevral, 2026 / 07:12
Xəzər dənizində zəlzələ olub 19 fevral, 2026 / 17:41