Lənkəran sakini futbol oynayan zaman dünyasını dəyişib

Bakı. 23 dekabr. REPORT.AZ/ Lənkəran rayon sakini futbol oynayan zaman dünyasını dəyişib. "Report" Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, dekabrın 22-də Lənkəran rayonunun Kosalar kənd sakini Canbaxış Əliyev şəhər ərazisində yerləşən idman kompleksində futbol oynayarkən qəfil halı pisləşib. İnfarkt diaqnozu ilə xəstəxanaya yerləşdirilən C.Əliyev orada dünyasını dəyişib.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47