Azərbaycanlı FIFA referisi Əliyar Ağayev və FIFA VAR referisi Nicat İsmayıllı Yaxın Şərqdə baş verən hərbi gərginlik səbəbindən bir müddət Küveytdən Azərbaycana qayıda bilmirdilər.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasından (AFFA) "Report"a bildirilib ki, bu gün referilərimiz təhlükəsiz şəkildə vətənə qayıdıblar.
AFFA yaranmış vəziyyət zamanı göstərilən dəstəyə görə Azərbaycanın Xarici İşlər Nazirliyinə və Azərbaycanın Küveytdəki səfirliyinə təşəkkürünü bildirib.