Kurqanda yanğınlarda ölənlərin sayı 21-ə yüksəlib

Rusiyanın Kurqan vilayətində baş verən yanğınlarda 21 nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə TASS-a tibb xidmətlərindən məlumat verilib.

“Ölənlərin sayı 19-dan 21-ə yüksəlib. Ölənlərin sayı arta bilər”, - mənbə bildirib.

Qeyd edək ki, mayın 7-dən Kurqan vilayətinin bir sıra yaşayış məntəqələrində təbii yanğınlar başlanıb. Nəticədə yaşayış yerlərində 42 ev məhv olub.

Digər xəbərlər

Daşkəsəndə yol çöküb 30 mart, 2026 / 11:46
Sumqayıtda mebel sexi yanıb 30 mart, 2026 / 10:50