​Kuril adalarında 3 zəlzələ hadisəsi baş verib

Bakı. 13 iyun. REPORT.AZ/ Kuril adalarında zəlzələ baş verib.

"Report" xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Xidməti məlumat yayıb.

Məlumata görə zəlzələlərdən ən güclüsü 5,3 bal gücündə olub.

Yeraltı təkanlar yerli vaxtla saat 20:11-də qeydə alınıb. Zəlzələnin episentri Şikotan adasından 93 kilometr şərqdə, zəlzələ ocağı 33,7 kilometr dərinlikdə olub.

Tələfat və dağıntı, sunami təhlükəsi haqda məlumat verilmir.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47