Kürdəmirdə yol qəzasında bir ailənin 3 üzvü xəsarət alıb

Kürdəmirdə baş verən yol qəzasında bir ailənin 3 üzvü xəsarət alıb.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Kürdəmir-Zərdab yolunun rayonun Sovla kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Hyundai Elantra” və “Hyundai Santafe” markalı avtomobillərin toqquşması nəticəsində “Hyundai Elantra”da olan bir ailənin üzvləri - Ağcabədi rayon sakinləri; sürücü, 1989-cu il təvəllüdlü Əliyeva Günel Əbülfəz qızı və övladları - 2008-ci il təvəllüdlü Alıyeva Asina və 2004-cü il təvəllüdlü Alıyeva Məryəm Qulu qızları müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47