Kürdəmirdə yol qəzası olub, sürücü xəsarət alıb

Kürdəmir rayonunda yol qəzası baş verib.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Xırdapay kəndindən keçən hissəsində qeydə alınıb.

KİA markalı avtomobilin sürücüsünün idarəetməni itirməsi nəticəsində avtomobil yoldan çıxaraq aşıb. Hadisə zamanı sürücü xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Daşkəsəndə yol çöküb 30 mart, 2026 / 11:46
Sumqayıtda mebel sexi yanıb 30 mart, 2026 / 10:50