Kürdəmirdə baş verən qəzada xəsarət alanların kimliyi məlum olub.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, yaralananlar Zərdab rayon sakinləri Hüseynov Sərxan Əbülfət oğlu, Hüseynova Gülüstan Hamlet qızı və sürücü Hüseynov Zamiq Sarvan oğludur.
Faktla bağlı araşdırma aparılır.
18:24
Kürdəmirdə ağır xəsarətlərlə nəticələnən yol qəzası baş verib.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Çöl-Ərəb kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "KİA" markalı avtomobilin sürücüsü Zərdab rayon sakini Hüseynov Zamiq Sarvan oğlu Kürdəmir istiqamətində hərəkətdə olarkən idarəetməni itirib, nəticədə nəqliyyat vasitəsi bir neçə dəfə çevrilərək yol kənarına aşıb.
Hadisə zamanı sürücü və sərnişinlər olmaqla 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Fakt araşdırılır.