Kürdəmirdə təcili tibbi yardım maşını yanıb

Bakı. 3 yanvar. REPORT.AZ/ Bakı-Qazax yolunun 195-ci kilometrliyində, Kürdəmir rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Fövqəladə hallar Nazirliyindən “Report”a verilən məlumata görə, Səhiyyə Nazirliyinə məxsus Kürdəmir rayon Təcili Tibbi Yardım Stansiyasının “QAZel” markalı avtomobili ilə vətəndaşa məxsus “KamAZ” markalı yük avtomobili toqquşub və nəticədə yanğın olub.

Yanğın nəticəsində “QAZel” markalı avtomobilin yanar hissələri yanıb. “KamAZ” markalı yük avtomobili yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 19 fevral, 2026 / 17:41