Kürdəmirdə piyada yol-nəqliyyat hadisəsində xəsarət aldı

Kürdəmirdə piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Yuxarı Şirvan bürosunun məlumatına görə, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb.

Rayonun Qarasu kənd sakini, 60 yaşlı İbrahimov Savəddin Qoca oğlu idarə etdiyi “VAZ-2107” markalı avtomobillə rayon sakini Əli (soyadı dəqiqləşdirilir-red) adlı şəxsi vurub. Ağır xəsarət alan piyada təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və Travmatologiya şöbəsinə yerləşdirilib.

Fakt araşdırılır.

Digər xəbərlər

Şamaxıda zəlzələ olub 22 fevral, 2026 / 07:12