Kürdəmir rayonunda minik avtomobili ilə motosikletin toqquşması nəticəsində bir nəfər xəsarət alıb.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Vaqif küçəsində qeydə alınıb.
"VAZ 2109" markalı avtomobil motosikletlə hərəkətdə olan 30 yaşlı rayon sakini, Həşimov Dəyanət Qabil oğlunu vurub.
Qəza zamanı motosikletin sürücüsü müxtəlif dərəcəli xəsarət alaraq Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.