Kürdəmirdə minik avtomobili ilə mikroavtobus toqquşub - FOTO - VİDEO - YENİLƏNİB

Video əlavə olunub


*** 09:34

Kürdəmir. 1 mart. REPORT.AZ/ Kürdəmir rayonunda yol qəzası baş verib. 

"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, hadisə şəhərin Bakı prospektində qeydə alınıb. 

Belə ki, "VAZ-2106" və RAF markalı mikroavtobus toqquşub. Qəza nəticəsində xəsarət alan olmasa da, hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib. 

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər