Kürdəmirdə iki avtobus toqquşub, 3 nəfər xəsarət alıb

Kürdəmir rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, hadisə gecə saatlarında, Bakı-Qazax avtomobil yolunun 190 km-də qeydə alınıb.

"Mercedes Vito" markalı mikroavtobus arxadan digər "Mercedes" markalı sərnişin avtobusuna çırpılıb və yol kənarına aşıb. Nəticədə 1993-cü il təvəllüdlü Şəmkir rayonu Düyərli kənd sakini Rüfanə Akif qızı Aslanova, 1992-ci il təvəllüdlü Fərid Ayaz oğlu İsmayılzadə və 1959-cu il təvəllüdlü Akif Sayad oğlu Hüseynov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Daha əvvəl Ucar rayonunda yol qəzası baş verib.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47