Kürdəmirdə yaşadığı yeri tərk edən COVID-19 xəstəsi saxlanılıb

Kürdəmir rayonunda COVID-19 xəstəsi ictimai yerdə aşkarlanıb.

Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon sakini, 1977-ci il təvəllüdlü Hüseynov Altay Rüstəm oğlu COVID-19 virusunun daşıyıcısı olduğu halda yaşayış yerini tərk etdiyi üçün saxlanılıb.

Qeyd edək ki, bir neçə gün öncə A.Hüseynov COVID-19 xəstəliyi ilə bağlı verdiyi testin cavabı pozitiv çıxıb. Buna görə də həkimlər ona 14 gün evdə qalaraq müalicə olmasını və evdən çıxmamasını tövsiyə ediblər.

Digər xəbərlər

Şamaxıda zəlzələ olub 07 iyun, 2026 / 17:55
Binədə mağaza yanıb 06 iyun, 2026 / 12:28