Kürdəmirdə avtomobillə vurulan kişi ağır yaralanıb

Kürdəmir rayonunda 47 yaşlı kişini avtomobil vurub.

“Report”un məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.

Avtomobil 1975-ci il təvəllüdlü Qurbanov Vüqar Firudin oğlunu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyinin əziyi diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56