Kürdəmirdə avtomobil məktəblini vurdu

Kürdəmirdə yol qəzası baş verib. 

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Comərdli kəndində qeydə alınıb.

Belə ki, 23 yaşlı Əhmədov Elman Mehman oğlunun idarə etdiyi "VAZ-2106" markalı avtomobil yolu keçmək istəyən Xırdapay kənd sakini, 16 yaşlı Veyisova Sahilə Sahib qızını vurub. Nəticədə yaralı müxtəlif növ bədən xəsarəti ilə Kürdəmir Rayon Mərkəzi xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Şəkidə 4 nəfəri çaqqal dişləyib 11 sentyabr, 2026 / 13:05
Xəzər dənizində zəlzələ olub 10 sentyabr, 2026 / 10:41