Kürdəmirdə baş verən qəzada ölən və xəsarət alanların kimliyi məlum olub.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, bunlar hadisə zamanı ölənlər "Mercedes"in sürücüsü Əmrahov Fariz Valeh oğlu, "VAZ-2106" markalı avtomobilin sərnişinləri İsmayılov Hamlet Həbil oğlu və Cəbrayılov Zamiq Vaqif oğludur.
Xəsarət alanlar isə "VAZ-2106" markalı nəqliyyat vasitəsinin sürücüsü Kərimov Sənan Vüqar oğlu və "Mercedes"in sərnişini Əmrahov Ariz Fariz oğludur.
23:20
Kürdəmirdə ağır yol qəzasında ölənlərin sayı 3-ə çatıb.
”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, ağır bədən xəsarətləri alan şəxslərdən biri xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, "Mercedes" markalı minik maşını Kürdəmir istiqamətində hərəkətdə olarkən əks istiqamətdə gələn "VAZ-2106" markalı avtomaşınla toqquşub.
22:35
Kürdəmirdə ağır yol qəzası baş verib, ölənlər və xəsarət alanlar var.
”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun 33-cü kilometrliyində rayonun Atakişili kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Mercedes" markalı minik maşını Kürdəmir istiqamətində hərəkətdə olarkən əks istiqamətdə gələn "VAZ-2106" markalı avtomaşınla toqquşub.
Qəza nəticəsində 2 nəfər dünyasını dəyişib, 2 nəfər isə müxtəlif dərəcəli ağır bədən xəsarətləri alaraq Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.