Kürdəmirdə 1 nəfər yol qəzasında xəsarət alıb - VİDEO - YENİLƏNİB

Video əlavə olunub


***18:44

Kürdəmir. 3 fevral. REPORT.AZ/ Kürdəmir rayonunda yol qəzası baş verib.

"Report"un Mərkəzi Aranbürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun rayonun Karrar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Mingəçevir şəhər sakini, 1941-ci il təvəllüdlü Yaşar Nəsib oğlu Mütəllimovun idarə etdiyi "99-FX-275" dövlət qeydiyyat nişanlı "VAZ-21015" markalı minik avtomobili idarəetmədən çıxaraq beton maneələrə çırpılıb. Nəticədə Mingəçevir şəhər sakini, 1954-cü il təvəllüdlü Solmaz Nurəddin qızı Quliyeva müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Zaqatala rayonunda yol qəzası baş verib.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47