Kürdəmir Rayon Polis Şöbəsinə (RPŞ) Sığırlı kənd sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Əzizov Fəqan Əlqiyas oğlunun xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə əldə etməsi barədə məlumat daxil olub.
”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində F.Əzizov Sığırlı kəndində olarkən saxlanılıb və RPŞ-yə gətirilib.
Onun üzərinə keçirilən baxış zamanı 1 ədəd metal siqaret qabının içərisində 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,140 qram və 0,253 qram ümumi çəkisi 0,393 qram kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə olan heroin götürülüb.
Eyni zamanda 1 ədəd bükümdə təmiz çəkisi 0,668 qram xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək və 1 ədəd bükümdə təmiz çəkisi 0,37 qram çətənə bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana aşkar edilərək götürülüb.
F.Əzizov dindirmə zamanı öz cinayət əməlini etiraf edib.
Hazırda faktla bağlı araşdırma aparılır.