Kür çayında yeniyetmə qız batıb

Kür çayında yeniyetmə qız batıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə çayın Samux rayonundan keçən hissəsində qeydə alınıb.

Gəncə şəhəri Məhsəti qəsəbə sakini, 2009-cu il təvəllüdlü Gülnaz Məmmədova çayın Yenikənd ərazisindən keçən hissəsində batıb.

Hazırda Fövqaladə Hallar Nazirliyinin Sularda Xilasetmə Dövlət Xitmətinin əməkdaşları tərəfindən yeniyetmənin axtarışları davam edir.

Fakta bağlı araşdırma aparılır.

Digər xəbərlər