Kür çayında iki yeniyetmə qardaş batıb - FOTO

Kür çayının Salyan rayonundan keçən hissəsində batan yeniyetmə qardaşların adları məlum olub.

“Report”un Aran bürosu xəbər verir ki, bunlar rayonun Aşağı Noxudlu kənd sakinləri, 2003-cü il təvəllüdlü Sadıqov Rəvan Seymur oğlu və 2006-cı il təvəllüdlü Sadıqov Ramal Seymur oğludur.

Həmin şəxslər Kür çayında çimərkən boğulublar. Hazırda FHN-nin dalğıc-xilasediciləri tərəfindən axtarışlar aparılır.

Qeyd edək ki, hadisə bu gün, təxminən, saat 15 radələrində baş verib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47