Kür çayında 2 nəfər batıb

Kür çayının Tovuz rayonundan keçən hissəsində boğulma hadisəsi baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, çayın rayonun Hunanlar kənd ərazisindən keçən hissəsində 2 nəfər  - Abulbəyli kənd sakini, 1974-cü il təvəllüdlü Həsənov Namiq Əli oğlu və həmkəndlisi 1986-cı il təvəllüdlü İsmayılov Abbas Hüseyn oğlu çayda çimərkən boğulublar. 

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub. Hazırda onların axtarışları aparılır. 

Hadisənin təfərrüatları araşdırılır. 

Digər xəbərlər

Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14