Güclü külək Bakıda evin damını uçurub, xəsarət alanlar var

Güclü külək Bakının Səbail rayonunun Əli Nəzmi küçəsi 2q ünvanında yerləşən ikimərtəbəli fərdi yaşayış evinin damını uçurub.

"Report"un xəbərinə görə, uçmuş dam evin içərisinə tökülüb.

Nəticədə ev sahibləri 52 yaşlı ana Həsənova Gülbəniz Ərərstun qızı və oğlu 22 yaşlı Əmiraslanov Murad İlham oğlu xəsarət alıb.

Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 19 fevral, 2026 / 17:41