Qubada azyaşlının ölümü və bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Elnur Qədirovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
“Report”un xəbərinə görə, cinayət işi baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilib. Hakim İlqar Məmmədovun icraatında olan iş üzrə hazırlıq iclası fevralın 12-də keçirləcək.
Qeyd edək ki, hadisə ötən ilin noyabr ayında Qubanın İspik kəndi ərazisində baş verib.
"VAZ-2106" markalı minik avtomobili idarəetmədən çıxaraq dərəyə aşıb. Hadisə zamanı Quba rayonunun Zərdabi qəsəbə sakini, 2018-ci il təvəllüdlü Polad Şaban oğlu Poladov ölüb. Avtomobildə olan 4 qadın da müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Elnur Qədirova Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib.