"Koroğlu" metro stansiyasında sıxlıq yaranıb - FOTO

Bakı. 27 sentyabr. REPORT.AZ/ Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Roma" oyununa gedən azarkeşlərin çoxluğu nəticəsində "Koroğlu" metro stansiyasında sıxlıq yaranıb. 

"Report"un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, bu səbəbdən metrodan çıxmaq və daxil olmaq istəyən sərnişinlər çətinlik çəkirlər. 

Polis və metropoliten əməkdaşları vəziyyətə nəzarət edirlər.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 19 fevral, 2026 / 17:41