Konstitusiya Məhkəməsi Türkiyə vətəndaşının şikayətini icraata qəbul etdi

Azərbaycan Konstitusiya Məhkəməsi Türkiyə vətəndaşı Şentürk Abdurrahman Kiyasinin məhkəmə aktlarından verdiyi şikayətinə baxılaraq icraata qəbul olunması haqqında qərardad çıxarıb.

“Report” xəbər verir ki, bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun iclasında qərar qəbul edilib.

Şikayət üzrə işə Konstitusiya Məhkəməsi Plenumunun aprel ayının 2-nə təyin edilmiş iclasında baxılacaq.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56
Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14